PDF Oxu

Dünya

  • 10

Əfqanıstan prezidentinin səlahiyyət müddəti uzadılıb

Əfqanıstan prezidentinin səlahiyyət müddəti uzadılıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə,  Əfqanıstan prezidenti Həmid Karzay, mayın 21-də rəsmi səlahiyyət müddəti başa çatdıqdan sonra da, prezident kürsüsündə qalacaqdır. Martın 29-da bu cür bəyanatla H.Karzayın özü çıxış etmişdir. Bir müddət əvvəl ölkənin Ali Məhkəməsi prezidentin səlahiyyət müddətinin avqustadək uzadılması haqda qərar qəbul etmişdir.
Mart ayının əvvəllərində Əfqanıstanın seçki komissiyası prezident seçkilərinin avqustun 20-də keçiriləcəyini müəyyənləşdirmişdir. H.Karzay isə prezident seçkilərinin apreldə keçirilməsini təkid edirdi.
Əfqanıstan qanunçuluğuna əsasən prezident seçkiləri 2009-cu ilin martında keçirilməli idi. Ancaq hələ yanvar ayında seçkiləri yarım il təxirə salmaq haqda qərar qəbul edilmişdi. Ölkə rəsmiləri "Taliban" hərəkatının terror aktları törədəcəyindən ehtiyat edirdilər.  Bundan başqa qışda və yazda Əfqanıstanın dağlıq rayonlarına bülleten çatdırmaq müşkül məsələ idi.
2009-cu ilin yanvarında ABŞ prezidenti Barak Obama növbəti seçkilərdə H.Karzayı dəstəkləməyəcəyini bildirmişdi. Bununla belə 2002-ci ildən ölkəyə başçılıq edən H.Karzay seçkilərdə iştirak edəcəyini bildirmişdir.

Digər xəbərlər