PDF Oxu

Dünya

  • 6

İndoneziyada daşqın 91 nəfərin həyatına son qoyub

İndoneziyada daşqın 91 nəfərin həyatına son qoyub
İndoneziyada daşıqının qarşısını almaq üçün quraşdırılmış dambaların dağılması nəticəsində 91 nəfər həlak olmuşdur. "Unitet Press İnternational" xilasedicilərinin martın 28-də verdikləri məlumat yuxarıdakı faktın doğruluğunu təsdiq etmişdir. Əvvəllər 77 nəfərin həlak olduğu haqda məlumat verilirdi.
Hakimiyyət dairələri ehtiyat edirlər ki, bəndin dambalarının daha çox dağılacağı təqdirdə, ölənlərin sayı artsın. Hazırda 100 nəfərdən çox adam itkin düşmüşdür. Xilasedicilər onların axtarışı ilə məşğuldur.
Cakarta yaxınlığında yerləşən dambalardan biri ötən həftənin axırlarında gecə yarısı dağılmışdır. Belə ehtimal edilir ki, dağılmanın səbəbi damba qurğusunun köhnəliyi ilə əlaqədardır. Məlum olduğu kimi, bu dambalar 1933-cu ildə inşa edilmişdir. Bənddə suyun artmasının səbəbi leysan yağışlar olmuşdur. Nəticədə 400-dən çox damba sıradan çıxmışdır. İndoneziya prezidenti Susilo Bambanq Yutxoyono qəza nəticəsində həlak olan şəxslərin ailələrinə yardım göstərəcəyini vəd etmişdir. Onun dediyinə görə, dağılmış dambaların yerində yeniləri inşa ediləcəkdir.

Digər xəbərlər