PDF Oxu

Dünya

  • 11

Londonda etiraz aksiyası başlanıb

Londonda etiraz aksiyası başlanıb
Britaniyanın paytaxtı London şəhərində aprelin 2-də keçiriləcəyi gözlənilən "Böyük iyirmiliy"in sammiti ərəfəsində etiraz aksiyası başlanmışdır. "Sku Nyus" telekanalının məlumatına görə, şənbə günü keçirilən ilk etiraz aksiyasına 15 min nəfərədək nümayişçi toplaşmışdır.
Aksiya iştirakçıları dünyanı bürüyən maliyyə böhranı fonunda tədbirin təşkili üçün ayrılmış vəsaitə etirazlarını bildirmişlər. Onlar iqtisadi qüdrəti yüksək olan dünya ölkələri liderlərindən yoxsulluğa qarşı mübarizə aparmağı, iqlimin dəyişməsinə qarşı tədbir görməyi və işsizliyin qarşısını almağı tələb edirlər.
Etiraz aksiyalarına "Başlıca cəhət insanlardır" alyansı başçılıq edir. Bu təşkilat 150-dək həmkarlar ittifaqı və xeyriyyə təşkilatlarından təşkil edilmişdir. Sammitin başlanmasından əvvəl şənbə nümayişindən başqa daha bir neçə etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Nümayişlər zamanı hər hansı ciddi bir insident baş verməmişdir.
Aprelin 2-də Britaniya paytaxtına toplaşacaq "Böyük iyirmiliy"i təşkil edən dövlət nümayəndələri dünya iqtisadi böhranından çıxmağın yollarını tapmaq üçün müzakirə aparacaqlar. Bu tədbir 2008-ci ildə Vaşinqtonda keçirilmiş antiböhran sammitinin davamı olacaqdır.

Digər xəbərlər