PDF Oxu

Dünya

  • 14

Madaqaskarda 34 nəfər bədən xəsarəti alıb

Madaqaskarda 34 nəfər bədən xəsarəti alıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Madaqaskarın paytaxtı Antananalivu şəhərində devrilmiş prezident Mark Ravalumanananın tərəfdarlarının keçirdikləri etiraz aksiyası zamanı ən azı 34 nəfər bədən xəsarəti almışdır. Bu məlumat yerli şəhər xəstəxanalarının həkimləri tərəfindən təsdiq edilmişdir.
Paytaxt parkına axışan minlərlə nümayişçi M. Ravalumanananın yenidən hakimiyyətə qayıtmasını tələb etmişdir. Bundan sonra nümayiş iştirakçıları paytaxtın mərkəzi meydanına doğru hərəkət etmişlər. Ancaq hüquq-mühafizə orqanı əməkdaşları onların qarşısını kəsməyə müvəffəq olmuşdur. Polis kordonunu yarmağa cəhd edən nümayişçilər üzərinə gözyaşardıcı qaz tətbiq edilmişdir.
Agentliyin məlumatına görə, etiraz nümayişləri 6 gündür ki, davam etdirilir. Martın 25-də başlanan ilk mitinq zamanı istefaya göndərilmiş prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş vermişdir. Polis havaya bir neçə xəbərdarlıq atəşi açmışdır.
2009-cu ilin yanvarında Rajuelinanın Madaqaskarda hakimiyyətə gəlməsi ilə siyasi böhran yaranmışdır. Ravalumanana və Rajuelina arasındakı siyasi qarşıdurma martın 16-da Madaqaskar ordusunun prezident sarayına girməsi ilə başa çatmışdır. Bundan sonra Ravalumanana istefa verməyə məcbur olmuşdur. Hərbçilər 34 yaşlı Rajuelinanı dövlət başçısı təyin etmişlər. Martın 18-də Rajuelina özünü prezident elan etmiş, Madaqaskarın Ali Məhkəməsi onun prezidentliyini təsdiq etmişdir.

Digər xəbərlər