PDF Oxu

Dünya

  • 11

Böyük Britaniya dənizin o tayındakı ərazilərində birbaşa idarəçilik üsulu tətbiq edir

Böyük Britaniya dənizin o tayındakı ərazilərində birbaşa idarəçilik üsulu tətbiq edir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Böyük Britaniya dənizin o tayındakı Terks və Kaykos adalarındakı ərazilərində birbaşa idarəçilik üsulu tətbiq etmək niyyətindədir. Britaniya hökumətini bu addımı atmağa vadar edən adalarındakı yerli hakimiyyət orqanlarının səs-küylü korrupsiya qalmaqallarına qoşulmalarıdır. Terks və Kaykos adalarında birbaşa idarəçilik üsulunun tətbiq edilməsi məsələsi baxılmaq üçün Britaniyanın parlamentinə təqdim ediləcəkdir. Qanunvericilərin bu məsələyə martın axırlarındak baxacaqları ehtimal edilir.
Parlamentin bu yöndə müəyyən qərar qəbul edəcəyi təqdirdə, Teraks və Kaykos hökuməti və onun assambleyası buraxılacaq və dənizin o tayındakı ərazilərin idarə edilməsi Britaniya qubernatorunun ixtiyarına veriləcəkdir. Britaniya hökuməti Terks və Kaykosun birbaşa idarəçiliyi məsələsini ən azı iki il müdətinə uzatmağı planlaşdırır.
Adaların yerli hakimiyyət idarələrinin genişmiqyaslı korrupsiya faktları 2008-ci ilin iyulunda açılmağa başlamışdır. Təhqiqatın nəticələri 2009-cu ilin əvvələrində Böyük Britaniya hökumətinə təqdim edilmişdir.
Teraks və Kaykos Baqam adaları arxipelağının tərkibinə daxildir və 1976-cı ildə hökumət və parlament idarəçiliyi hüququ qazanmışdır. Britaniya hökuməti adalara müstəqillik vermək istəsə də, yerli hakimiyyət orqanları dənizin o tayı statusunu qoruyub saxlamağa üstünlük vermişlər.
Hər iki adada 32 min nəfər əhali yaşayır və hamısı da Britaniya təbəələridir. Terks və Kaykosun başlıca gəlir mənbəyinin turizm və offoşor zonalar təşkil edir.

Digər xəbərlər