PDF Oxu

Dünya

  • 9

Partlayış nəticəsində Pakistanda 12 nəfər həlak olub

Partlayış nəticəsində Pakistanda 12 nəfər həlak olub
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın Ravalpindi şəhərində baş vermiş partlayış nəticəsində ən azı 12 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdır. Bu məlumat Pakistan hökumətinin rəsmi bəyanatından götürülmüşdür. Şəhər polisi şefinin "Assoşieyted Press" informasiya agentliyinə verdiyi məlumata görə, kamikadze üzərinə bərkitdiyi partalıycı qurğunu avtomobil dayanacağı yaxınlığında yerləşən restoranın giriş hissəsində işə salmışdır.
Hökumət belə ehtimal irəli sürür ki, terrorun ilk qurbanları martın 16-da İslamabad və Ravalpindi şəhərində kütləvi etiraz aksiyası keçirənlər olmalı idi. Məlum olduğu kimi, Pakistan prezidenti Asif Əli Zərdari müxalifətçilərin tələblərinə əməl edərək, Pərviz Müşərrəfin dövründə istefaya göndərilmiş Ali Məhkəmənin sədrini öz vəzifəsinə bərpa etmişdir.
Hakimiyyət nümayəndələrinin dediklərinə görə, İslamabad və Ravalpindi şəhərlərində keçiriləcəyi nəzərdə tutulan etiraz aksiyası zamanı terror aktının törədiləcəyi haqda məlumatlı olmuşlar. Bir müddət əvvəl əhalinin təhlükəsizliyini təmin etmək üçün böyük şəhərlərdə mitinq keçirmək qadağan edilmişdi.
Məlum olduğu kimi, Ravalpindi şəhərində Pakistan ordusunun mənzil-qərargahı yerləşir. İslamabad şəhəri inşa edilənədək 1960-cı illərdə bu şəhər Pakistanın paytaxtı olmuşdur.

Digər xəbərlər