PDF Oxu

Dünya

  • 11

Rusiya gəmiləri Somali sahillərində işlərini başa çatdırıblar

Rusiya gəmiləri Somali sahillərində işlərini başa çatdırıblar
"İnterfaks" informasiya agentliyinin martın 17-də yaydığı məlumata görə, Rusiyanın Sakit okean donanmasına məxsus "Admiral Vinoqradov" sualtı qayığı, "Boris Butoma" və "Peçenq" tankerləri və "Foti Krılov" buksiri Somali ərazi sularında patrul xidmətini başa çatdırdıqdan sonra Vladivostok şəhərinə qayıtmaqdadır. "Foti Krılov" və "Peçenq" martın 20-də Vladivostoka daxil olacaqdır. "Admiral Vinoqradov" və "Boris Butoma" isə 24-28 martda İndoneziyanın Cakarta limanında işgüzar səfərdə olacaqdır. Bu gəmilərin əvəzinə Somali ərazi sularında "Admiral Pateleyev" gəmisi, bir neçə buksir və tanker patrul xidməti keçirəcək. Gəmilər 2009-cu ilin yanvarında Somali sahillərində olmuşlar. Onlar Hindistanın Marmaqoa limanında olduqdan sonra "İndra - 2009" Rusiya - Hindistan birgə hərbi təlimlərində iştirak etmişlər. Daha sonra isə Somali sahillərinə yola düşmüşlər.

Digər xəbərlər