PDF Oxu

Dünya

  • 10

Budapeştdə müxalifətin çoxminli etiraz aksiyası keçirilib

Budapeştdə müxalifətin çoxminli etiraz aksiyası keçirilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, martın 15-də Macarıstanın paytaxtı Budapeşt şəhərində bir neçə min nəfər müxalifət nümayəndəsinin hökumət əleyhinə nümayişi keçirilmişdir. Nümayiş Macarıstanın 1848-ci il inqilabının ildönümünə təsadüf edirdi.
Parlament binasına soxulmaq istəyən nümayişçilərin qarşısını polis gözyaşardıcı qaz tətbiq etməklə almağa cəhd etmişdir. Budapeşt polisinin məlumatına görə, 35 nümayiş iştirakçısı həbs edilmişdir. Saxlanılanlar arasında sağ radikal ekstremist qruplaşmaların iki lideri də olmuşdur. Ultraradikal "Macarıstan qvardiyası" partiyasının üzvləri həmin gün Budapeştin mərkəzi meydanlarından birində təntənəli mərasim keçirib 600 nəfəri partiyalarının sıralarına qəbul etmişlər.
2008-ci ildə məhkəmə "Macarıstan qvardiyası"nın fəaliyyətini qadağan etsə də, partiya rəhbərliyi apellyasiya şikayəti ilə öz fəaliyyətini qanuniləşdirmək haqda yuxarı instansiyaya müraciət etmişdir. Hələlik, heç bir cavab alınmamışdır.
Xatırladım ki, 2004-cü ildə Macarıstanda hakimiyyət başına sosialistlər gəlmişdir. Baş nazir postunu Ferents Dürçan tutmuşdur. O vaxtdan etibarən radikal müxalifət partiyalarının üzvləri etiraz aksiyalarına başlamış və kütləvi qanun pozuntusu yaratmışlar. Ən böyük etiraz aksiyası 2006-cı ilin oktyabrında Budapeştdə keçirilmişdir.
Macarıstan ümumdünya iqtisadi böhranında əziyyət çəkmiş Avropa ölkələri sırasındadır. Macarıstan hökuməti böhrana qarşı mübarizə aparmaq üçün Ümumdünya Valyuta Fondundan 25 milyon dollar kredit istəmişdir.

Digər xəbərlər