PDF Oxu

Dünya

  • 9

Hatəmi prezidentliyə namizədliyini geri götürüb

Hatəmi prezidentliyə namizədliyini geri götürüb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, İranın keçmiş prezidenti Məhəmməd Hatəmi 2009-cu ilin iyununda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə namizədliyini geri götürmüşdür. O, bu cür addım atmasının səbəbini açıqlamamışdır. M.Hatəmi tezliklə islahtçıların yeni namizədinin adını bəyan edəcəkdir.
İranın siyasi müşahidəçilərinin fikrincə,  M.Hatəmi martın 10-da prezident seçkilərində iştirak edəcəyini bəyan etmiş Mir Hüseyn Musəvinin namizədliyini dəstəkləyəcəkdir. Siyasi şərhçilər belə hesab edirlər ki, bu şəxs iqtidarda olan prezident Mahmud Əhmədinejada layiqli opponent olacaqdır. İran prezidentinin zəif cəhəti seçkilərdə radikal islamçıları və mühafizəkarları təmsil etməsidir. İran seçicilərinin böyük əksəriyyəti ölkənin dini lideri ayətullah Əli Xameneyinin hansı namizədi dəstəkləyəcəyinə ehtiramla yanaşacaqlar. İranın ruhani lideri bir müddət əvvəl M.Əhmədinejadın başqası ilə əvəzlənəcəyini bəyan etmişdi. İran Konstitusiyasına əsasən prezidentliyə namizədlərin hamısını İslam Keşikçiləri Şurası qeydiyyata götürür.
İslahatçı M.Hatəmi İran prezidenti postunu 1997-2005-ci illərdə tutmuşdur. Bu müddət ərzində, o, ABŞ və Avropa ilə əlaqələri nizamlamışdır. Ancaq 2005-ci ildə daha sərt kurs götürən M.Əhmədinejad prezident seçkilərində qalib gəlmişdir. 2009-cu il fevral ayının 8-də M.Hatəminin bəynatından sonra bir qrup silahlı şəxs ona hücum etmişdir. Bir qədər sonra isə İran hökuməti M.Hatəmini dəstəkləyən iki saytın işini dayandırmışdır.

Digər xəbərlər