PDF Oxu

Dünya

  • 8

Saakaşvili Rusiya hərbi islahatlarının təşəbbüsçüsünün adını çəkib

Saakaşvili Rusiya hərbi islahatlarının təşəbbüsçüsünün adını çəkib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, martın 15-də Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan arasında baş vermiş avqust müharibəsinin 67 nəfər artilleriyaçısını ordenlə təltif etmişdir. Mükafatlandırma mərasimi Gürcüstan artilleriya qüvvələrinin 16 illiyinə təsadüf etmişdir.
Mərasimdə çıxış edən M.Saakaşvili belə bir bəyanat vermişdi ki, müharibə zamanı təcavüzkara ən ciddi zərbəni məhz Gürcüstan artilleriyaçıları vurmuşlar. Gürcüstan prezidentinin dediyinə görə, avqust müharibəsindən sonra Rusiyanın öz silahlı qüvvələrində islahatlar aparması Gürcüstan artilleriyasının xidməti olmuşdur.
Gürcüstan silahlı qüvvələrinin birləşmiş qərargahının rəisi Devid Çonkotadzenin dediyinə görə, hazırda ölkə artilleriyası avqust konfliktindən əvvəlkinə nisbətən xeyli güclənmişdir.
Həmin gün Tbilisinin mərkəzində yerləşən Şota Rustaveli abidəsi ətrafına xeyli müxalifətçi toplaşmışdı. Onlar Gürcüstan prezidentinin istefasını tələb etmişlər. Müxalifətçilər mərkəzi meydanda nəqliyyatın hərəkətini iflic vəziyyətinə salmışlar. Etiraz aksiyasını mülki ictimai təşkilatlar təşkil etmişdir.

Digər xəbərlər