PDF Oxu

Dünya

  • 20

Hillari Klinton İranı Əfqanıstana dair müzakirələrə çağırıb

Hillari Klinton İranı Əfqanıstana dair müzakirələrə çağırıb
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, ABŞ bu ilin mart ayında Əfqanıstanda vəziyyətin nizama salınması üzrə beynəlxalq konfrans keçirilməsi təklifi ilə çıxış etmişdir. Konfransa dəvət edilən ölkələr arasında İranın da adı çəkilir.
Martın 5-də NATO-nun xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-ın dövlət katibi Hillari Klinton belə bir bəyanat vermişdir: "Biz "böyük çadırda görüş" adlanan ideya irəli sürdük. Görüşdə Əfqanıstan probleminin həllində marağı olan tərəflərin hamısı iştirak edə bilər. İrəli sürdüyümüz ideyanın uğur qazanacağı təqdirdə, belə hesab edirik ki, Əfqanıstanın yaxın qonşusu olan İran da müzakirəyə dəvət ediləcəkdir."  Bu yöndə planlaşdırılmış işlər martadək başa çatacaqdır.
ABŞ martın 31-də konfransın keçiriləcəyi ölkə kimi Niderlanda müraciət etmişdir. İran bu konfransda iştirak edəcəyi haqda heç bir məlumat verməmişdir. Barak Obama administrasiyası İranın bu cür məsələlərin müzakirəsində iştirakını müsbət hesab edir. H.Klinton bir həftə əvvəl İranın Əfqanıstan probleminin nizama salınmasında başlıca rol oynadığını bildirmişdir. Bununla yanaşı, o, qeyd edirdi ki, İranın nüvə proqramı ABŞ üçün qəbuledilməzdir və ABŞ-ın Şərqi Avropada quraşdırmağa hazırlaşdığı raketdən müdafiə sistemi İran təhlükəsindən müdafiə üçün nəzərdə tutulur.

Digər xəbərlər