PDF Oxu

Dünya

  • 11

Britaniya parlamentinin üzvü separatçıların liderləri ilə gizli danışıqlar apardığını etiraf edib

Britaniya parlamentinin üzvü separatçıların liderləri ilə gizli danışıqlar apardığını etiraf edib
"CNN" informasiya agentliyinin yaydığına görə, Britaniya parlamentinin ən azı üç üzvü "Hizbullah" və "HƏMAS" Yaxın Şərq radikal separatçılarının liderləri ilə dəfələrlə qeyri-rəsmi danışıqlar aparmışdır.
Məlum olduğu kimi, Böyük Britaniya və ABŞ bu qruplaşmaları öz qara siyahısına daxil etmişdir. Məlumatı agentliyə Britaniyanın Mühafizəkar Partiyasının keçmiş sədri Maykl Ankram ötürmüşdür.
M.Ankramın dediyinə görə, gizli görüşlər son iki il ərzində mütəmadi olaraq keçirilmişdir. Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer məxfi danışıqlardan xəbərdar olsa da, onların aradan qaldırılması üçün heç bir əməli iş görməmişdir. O vaxt T.Bleyer Qəzza bölgəsində olarkən, "HƏMAS" liderləri ilə görüşməkdən imtina etmişdir.
Britaniya deputatları və separatçı təşkilatların liderləri arasında son danışıqlar bu ilin yanvarında Livanın paytaxtı Beyrut şəhərində keçirilmişdir. O zaman M.Ankram başqa bir Britaniya deputatı ilə "Hizbullah"ın beynəlxalq əlaqələr şöbəsinin başçısı Navaf əl-Mussavi və "HƏMAS"-ın Livan üzrə nümayəndəsi Üsamə Həmdanla görüşmüşdür. M.Ankram 2008-ci ilin iyununda Suriyanın paytaxtı Dəməşq şəhərində "HƏMAS" lideri Xaled Maşalla görüş keçirdiyini də etiraf etmişdir. Onun dediyinə görə, danışıqlar konstruktivlik şəraitində keçmişdir. M.Ankram separatçılarla görüşlərdə şəxsi təşəbbüsü ilə çıxış etdiyini bildirmişdir.
Məlum olduğu kimi, Böyük Britaniya hökuməti 2005-ci ildə "Hizbullah" hərəkatı ilə rəsmi münasibətləri dayandırmışdır.

Digər xəbərlər