PDF Oxu

Dünya

  • 13

Rusiyanın hərbi bazaları Abxaziyada 49 il qalacaq

Rusiyanın hərbi bazaları Abxaziyada 49 il qalacaq
"Nezavisimaya qazeta"ya verdiyi müsahibəsində Abxaziya prezidenti Sergey Baqapş demişdir ki, Moskva ilə əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən, Rusiyanın hərbi bazaları 49 il ərzində Abxaziya ərazisində qalacaqdır. S.Baqapşın dediyinə görə, Qudauta hərbi aeroportu və Oçamçira hərbi-dəniz bazasında Rusiyanın aviasiya birləşmələri yerləşdiriləcəkdir. Oçamçira bazasına bir neçə Rusiya hərbi gəmisi daxil olub, ölkənin sərhədini qoruyacaqdır.
Abxaziya prezidentinin dediyinə görə, yeni bazalar keçmiş sovet bazaları əsasında qurulacaq və buna az vəsait sərf ediləcəkdir. Burada, əsasən, təmir işləri aparılacaqdır. Respublikanın sərhədlərinin qorunmasında həm abxaz, həm də Rusiya hərbi hissələrinin köməyindən istifadə ediləcəkdir. Bu məqsədlə Abxaziya hökuməti 300 hərbi qulluqçu ayıracaqdır. Rusiya sərhədçilərinin miqdarı haqda məlumat verilmir. Abxaziya ərazisində Rusiyanın cəmi 3,8 hərbi qulluqçusunun xidmət edəcəyi planlaşdırılır.

Digər xəbərlər