PDF Oxu

Dünya

  • 15

ABŞ Senatı MKİ-nin iş metodlarını yoxlayacaq

ABŞ Senatı MKİ-nin iş metodlarını yoxlayacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Senatının kəşfiyyat məsələləri üzrə komitəsi Mərkəzi Kəşfiyyat İdarəsinin fəaliyyətini yoxlamaq niyyətindədir. Yoxlamanın predmeti terrorizmdə suçlu bilinən şəxslərin sorğu-suala tutulmaları zamanı istifadə olunan metodların kəmiyyət göstəricilərindədir.
MKİ-nin fəaliyyətinin yoxlanması altı aydan bir ilədək vaxt aparacaqdır. Yoxlama başa çatdıqdan sonra senatorlar MKİ-nin fəaliyyəti zamanı buraxdığı başlıca səhvləri üzə çıxararaq, onun əsasında kiçik hesabat dərc edəcəklər.
"Vaşinqton Post" qəzetinin yazdığına görə, adının açıqlanmasını istəməyən senatorlardan biri demişdir ki, yoxlama zamanı xüsusi məxfi proqramın köməyindən istifadə ediləcəkdir. Həmin proqramda 2002-ci ildən sonra ehtimal olunan terrorçuların həbs olunmalarına xüsusi diqqət yetiriləcəkdir. Bu proqram dairəsində 2002-ci ildən etibarən yüz min nəfərədək terrorizmdə şübhəli bilinən şəxs həbs edilib, MKİ-nin xarici ölkələrdəki məxfi həbsxanalarında saxlanılmaqdadır.
Yoxlanış zamanı senatorlara MKİ-nin məxfi sənədlərini oxumağa izacə veriləcəkdir. Qəzet yazır ki, yoxlanış MKİ məmurlarının həbs prosesinə cəlb edilməsi üçün nəzərdə tutulmur. 2009-cu ilin 21 yanvarında ABŞ prezidenti Barak Obama andiçmə mərasimindən bir gün sonra ABŞ-ın Quantanamo bazasında yerləşən ən böyük həbsxanasının bağlanmasına sərəncam vermişdir. Ertəsi gün B.Obama xarici ölkələrin ərazisində yerləşən MKİ həbsxanalarının hamısını bağlamaq qərarı qəbul etmişdir.
"Frans Press" informasiya agentliyinin ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, B.Obama administrasiyası belə bir qərar qəbul etmişdir ki, aprelin 20-24-də Cenevrədə keçirilməsi nəzərdə tutulan BMT-nin rasizm məsələlərinə həsr edilmiş konfransında iştirak etməsinlər.
Fevralın 16-da Cenevrədə gedən ilkin danışıqlar zamanı ABŞ tərəf irqi məsələlər üzrə əsasnamə layihəsini bəyənmədiyini bildirmişdir. Konfransda iştirak etməməyin başlıca səbəbi elə bu olmuşdur. 2001-ci ildə Cənubi Afrikada keçirilən konfrans qalmaqalla başa çatmışdır. Ərəb ölkələri nümayəndələri sionizmin rasizmə barəbər tutulmasını nəzərdə tutan əsasnamə layihəsi təklif etmişlər. O vaxt ABŞ və İsrail nümayəndələri nümayişkaranə surətdə konfrans zalını tərk etmişlər.

Digər xəbərlər