PDF Oxu

Dünya

  • 13

Gürcüstanın gənc müxalifəti hakimiyyət dairələrini permanent mitinqlə hədələyib

Gürcüstanın gənc müxalifəti hakimiyyət dairələrini permanent mitinqlə hədələyib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Gürcüstanın "7 noyabr" gənc müxalifət hərəkatı ölkənin hakimiyyət dairələrini martın 2-də Gürcüstanın parlament binası qarşısında permanent etiraz aksiyası keçirəcəkləri ilə hədələmişdir. Fevralın 27-də keçirilmiş mətbuat konfransında hərəkatın nümayəndəsi Caba Cişkariyani bununla əlaqədar demişdir: "Tələblərimizin yerinə yetirilməyəcəyi təqdirdə, biz martın 17-dən etibarən parlament binası qarşısında fasiləsiz etiraz aksiyası keçirəcəyik".
Hərəkatın fəallarının tələbləri içərisində Gürcüstanın hərbi qulluqçusu Roin Şavadzenin qətlinin obyektiv təhqiqatının aparılması kimi başlıca tələb də vardı. Müxalifətçilər belə hesab edirlər ki, avqust müharibəsi zamanı R.Şavadze Gürcüstan hakimiyyəti əleyhinə olduğu üçün onu qəsdən aradan götürüblər. Gənc müxalifətçilər həm də tələb edirlər ki, Gürcüstanın daxili işlər naziri Vano Merabişvili istefaya göndərilsin.
Xatırladırıq ki, fevralın 27-də "7 noyabr" hərəkatı fəalları hökumət binası qarşısında mitinq keçirməyə cəhd etmişlər. Meydana 300 nəfərədək gənc toplaşıbmış. Ancaq gənclər Rustaveli prospektini bağlamaq istədikdə, polis onları dağıtmışdır.

Digər xəbərlər