PDF Oxu

Dünya

  • 12

Banqladeş ordusu üsyançı sərhədçiləri cəzalandıracağını vəd edib

Banqladeş ordusu üsyançı sərhədçiləri cəzalandıracağını vəd edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Banqladeş ordu rəhbərliyi ölkənin paytaxtı Dakka şəhərində hərbi üsyan qaldırmış sərhədçiləri cəzalandıracağını vəd etmişdir. Fevralın 26-da bu bəyanatla ölkənin milli televiziyasında çıxış edən Banqladeş silahlı qüvvələrinin komandirlərindən biri olan general-leytenant M.A.Mubin çıxış etmişdir. "Bu barbar üsyanda iştirak etmiş "Banqladeş atıcıları" döyüşçüləri " əfv edilməyə layiq deyillər" deyə general M.A.Mubin bildirmişdir. Həmin gün Banqladeş ordusu 200 nəfərdən çox üsyançı sərhədçini həbs etmişdi. Xatırladırıq ki, Banqladeş hökumətinin başçısı Şeyx Hasin silahları könüllü təhvil vermiş üsyançılara aministiya verəcəyini bildirmişdir. Bu bəyanatdan sonra bir çox üsyançılar müqaviməti dayandırmışlar. Banqladeş sərhədçilərini hərbi xidmətin ağır şərtləri narahat edirdi. Bu səbəbdən də onlar fevralın 25-də üsyan qaldırıb, öz hərbi qərargahlarını ələ keçirmişdilər. Son məlumatlara görə, üsyan nəticəsində 66 nəfər həlak olmuşdur. Onlardan 38 nəfəri yüksək vəzifəli ordu zabitləri idi. Daha 70 nəfərə yaxın zabitin taleyi naməlum olaraq qalmaqdadır.

Digər xəbərlər