PDF Oxu

Dünya

  • 11

Makkeyn Əfqanıstan kampaniyasının iflasa məhkum olacağını bəyan edib

Makkeyn Əfqanıstan kampaniyasının iflasa məhkum olacağını bəyan edib
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, Arizona ştatının senatoru Con Makkeyn belə bir bəyanat vermişdir ki, ABŞ Əfqanıstanda uğursuzluğa məhkum olacaqdır. Respublikaçılar Partiyasının keçmiş prezidentliyə namizədi Əfqanıstan müharibəsi ilə əlaqədar demişdir: "Əgər hər hansı bir müharibədə qələbə çalmırsansa, deməli, uduzursan. Hazırda biz Əfqanıstanda uğursuzluğa məhkum olmaqdayıq".
Fevralın 25-də Senat komitəsində silahlı qüvvələr üzrə böyük respublikaçı C.Makkeyn Vaşinqtonun mühafizəkar "beyin testləri"ndən biri olan Amerika Sahibkarlıq İnstitutunda etdiyi çıxışında demişdir ki, ABŞ ordusu Əfqanıstan hərbi kampaniyasında 2005-ci ilin əvvəllərinədək uğur qazanırdı. Ancaq elə ki, ABŞ ordusunun bir hissəsi Əfqanıstan ərazisindən çıxarıldı və hökumət Həmid Karzaya tapşırıldı, bundan sonra hadisələrin gedişi ABŞ-ın zərərinə işləməyə başladı.
C.Makkeyn dediklərinə onu da əlavə etmişdir ki, son vaxtlar taliblərin hücumu beş dəfə artmış və 2008-ci ildə onların fəallığı yüksələn xətlə inkişaf etmişdir. C.Makkeynin fikrincə, Barak Obama Əfqanıstanda ABŞ hərbi kontingentinin sayını 17 min nəfərə çatdırdıqdan sonra vəziyyət Amerikanın xeyrinə dəyişəcəkdir. C.Makkeyn təklif edir ki, Əfqanıstanda ABŞ hərbi kontingentinin sayı 134 min nəfərə çatdırılsın. Onun fikrincə, Əfqanıstanda həm də dövlət institutlarını möhkəmləndirmək və narkotika ticarətinə alternativ iqtisadiyyat gücləndirilməlidir. C.Makkeynin fikrincə, Əfqanıstan probleminin həlli bir neçə il vaxt aparacaqdır.

Digər xəbərlər