PDF Oxu

Dünya

  • 10

İsrail fələstinliləri yeni hərbi əməliyyatlarla hədələyib

İsrail fələstinliləri yeni hərbi əməliyyatlarla hədələyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrailin xarici işlər naziri Sipi Livni İranın fələstinliləri silahla təminatını davam etdirəcəyi təqdirdə, Qəzza bölgəsində yeni hərbi əməliyyatlara başlayacağını bildirmişdir.
S.Livninin dediyinə görə, Tehran beynəlxalq müqavilələri pozaraq, Suriya və Livan vasitəsilə "HƏMAS" hərəkatına qaçaqmalçı silah çatdırır. Nazir belə hesab edir ki, İran bu əməlindən əl çəkməsə, İsrailin Qəzza bölgəsində döyüş əməliyyatı keçirməkdən başqa çarəsi qalmayacaqdır.
Qəzza bölgəsində keçirilən son hərbi əməliyyat 2008-ci ilin 27 dekabrında başlanmışdır. Döyüş əməliyyatları "HƏMAS"-çıların İsrail ərazisini bombalamalarından sonra başlanmışdır. Müharibənin getdiyi 22 gün ərzində 1300 nəfər fələstinli, 13 nəfər İsrail vətəndaşı öldürülmüşdür.
Yanvarın 18-də İsrail və "HƏMAS" atəşkəs razılaşması əldə etmişdir. Ancaq bununla belə hər iki tərəfdən güllə səsləri eşidilməkdədir. Rəsmi Tehran əleyhinə deyilən ittihamları təkzib etmişdir.
İsrailin baş naziri Ehud Olmert fevralın 25-də "HƏMAS" qruplaşmaları ilə danışıqlar aparan Amos Giladı öz vəzifəsinə bərpa etmişdir. Agentliyin məlumatına görə, A.Gilad fevralın 23-də tutduğu vəzifədən uzaqlaşdırılmışdır. Səbəb A.Giladın İsrailin mövqeyini "HƏMAS"-çılara satması ittihamı olmuşdur. Sonralar bu, öz təsirini tapmamışdır.

Digər xəbərlər