PDF Oxu

Dünya

  • 15

ABŞ-ın Dövlət Departamenti Rusiyanı insan hüquqlarını pozmaqda ittiham edib

ABŞ-ın Dövlət Departamenti Rusiyanı insan hüquqlarını pozmaqda ittiham edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Dövlət Departamenti fevralın 25-də 190 dünya ölkəsində insan hüquqlarının pozulması ilə əlaqədar məruzə dərc etmişdir. Məruzədə Rusiya, Çin və bir sıra dövlətlər insan hüquqlarını pozmaqda ittiham edir.
ABŞ Dövlət Departamenti belə hesab edir ki, Rusiyada vətəndaş azadlığına maneçiliklər törədir. Bundan başqa Rusiyanın Gürcüstana qarşı apardığı avqust müharibəsi Amerika hərbçilərinin xoşuna gəlməmişdir. Vaşinqtonda qeyd edirlər ki, Rusiya və Gürcüstan arasında yaranmış konflikt bir çox adamın həyatına son qoymuşdur.
Məruzədə Çində də insan hüquqlarının müdafiəsinin yarıtmaz vəziyyətdə olduğu qeyd edilir. Çinin bəzi vilayətlərində insan azadlığı kritik vəziyyətdədir. Vaşinqton Pekini həm də, dissidentləri təqib etməkdə, insan hüquqlarını müdafiə edən şəxslərin vəkilləri incitməkdə ittiham etmişdir. Məruzədə belə ehtimal edilir ki, Çində məhkəməsiz qətillər törədilir və şübhəli şəxslər işgəncələrə məruz qoyulur.

Digər xəbərlər