PDF Oxu

Dünya

  • 8

Rusiya və Türkiyəni Avropa Birliyinin proqramına dəvət ediblər

Rusiya və Türkiyəni Avropa Birliyinin proqramına dəvət ediblər
"Assoşieyted Press" informasiya agentliyinin fevralın 23-də yaydığı məlumata görə, Avropa Birliyi Rusiya və Türkiyəni "Şərq əməkdaşlığı" proqramında müşahidəçi qismində iştirak etmək üçün dəvət etmişdir. Fransanın xarici işlər naziri Bernar Kuşner Brüsseldə Rusiya və Türkiyə nümayəndələri ilə görüşərkən demişdir: "Biz NATO genişləndirilərkən yaranan vəziyyətin təkrar olunmasını istəmirik: o vaxt Rusiyada belə bir təəssürat yaranmışdı ki, onu hər tərəfdən əhatəyə almışlar". Avropa Birliyinin xarici ölkələr və təhlükəsizlik məsələləri üzrə ali komissarı Havyer Solananın dediyinə görə, Rusiyanın proqramda iştirakı təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov çıxış etmişdir.
"Şərq əməkdaşlığı" proqramı Avropa Birliyi ilə altı keçmiş sovet respublikalarının - Ukrayna, Belorus, Moldova, Gürcüstan, Azərbaycan və Ermənistan - əməkdaşlığının inkişafına yönəldilmişdir. Bu səbəbdən də, Belorusun proqrama daxil edilməsi son anadək şübhə doğururdu. Proqramda iştirak etmək Avropa Birliyinə qəbul məsələsini nəzərdə tutmur. Sadəcə olaraq, haqqında söhbət gedən altı respublikaya əlavə maliyyə yardımı göstərilməsi nəzərdə tutulur. Bu ölkələrdə demokratik dəyişikliklərə nail olmaq üçün 2013-cü ilədək 350 milyon avro ayrılması nəzərdə tutulur. Proqramın start mərhələsi mayın 7-də Avropa Birliyi ölkələrinin Praqada keçirəcəyi sammitdə nəzərdə tutulur.

Digər xəbərlər