PDF Oxu

Dünya

  • 10

Özbəkistanda siyasi motivlərə görə 1450 nəfər əziyyət çəkir

Özbəkistanda siyasi motivlərə görə 1450 nəfər əziyyət çəkir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, 2004-2008-ci illərdə Özbəkistanda siyasi motivlərə görə 1452 nəfər əziyyət çəkməkdədir. Məlumat "Memorial" Rusiya hüquq-müdafiə təşkilatının məruzəsindən götürülmüşdür.
Məruzə müəlliflərinin məlumatlarına görə, təqib olunanlar arasında 30 nəfər hüquq-müdafiə təşkilatı, 14 nəfər müxalifət nümayəndəsi, 18 nəfər yazıçı-jurnalist, 20 nəfər isə ölkə üçün ənənəvi olmayan konvessiya üzvlərinin adı çəkilir. Bu adamların böyük əksəriyyəti qeyri-qanuni islamçılıq fəaliyyəti üstündə məhkəmələrə cəlb edilmişlər.
"Memorial" 293 səhifəlik məruzəsinin tam mətnini martda açıqlayacaqdır. Təşkilat 1999-cu ildən etibarən siyasi motivlərə görə təqib olunan insanların adlarını açıqlayacaq. Hüquq-müdafiə təşkilatının nümayəndələrinin dediklərinə görə, indiyədək Özbəkistanda 6 min nəfərdən çox adam təqibə məruz qalmışdır.

Digər xəbərlər