PDF Oxu

Dünya

  • 9

“FƏTH” Qahirə danışıqlarından əvvəl 80 “HƏMAS”-çını azadlığa buraxacaq

“FƏTH” Qahirə danışıqlarından əvvəl 80 “HƏMAS”-çını azadlığa buraxacaq
"Haaretz" qəzetinin yazdığına görə, Fələstin hökumətinin rəsmi nümayəndələrinin verdikləri bəyanata görə, onlar tezliklə "HƏMAS" hərəkatının 80 nəfərini azadlığa buraxacaqlar. Bu xeyirxah iradi addım fevralın 25-də Qahirədə "FƏTH" və "HƏMAS" hərəkatları arasında keçiriləcək danışıqlarla əlaqədardır.
Qanunvericilik Şurasının üzvü olan "HƏMAS"-çının dediyinə görə, cəmi 80 nəfərin azadlığa buraxılması bu cür danışıqlara fayda gətirmir. Onun dediyinə görə, hazırda "FƏTH"-in öz nəzarəti altında saxladığı İordan çayının Qərb sahilinin həbsxanalarında yüzlərlə "HƏMAS" üzvü saxlanılır. Haqqında söhbət gedən məhbuslar arasında həm siyasətçilər, həm də hərbi əməliyyatlarda iştirak edən məhbuslar vardır. "HƏMAS" hərəkatı üzvləri də Qəzza bölgəsindəki həbsxanalarında yüzlərlə "FƏTH"-çi saxlayır. İsrailin bölgədə keçirdiyi hərbi əməliyyat nəticəsində "FƏTH"-çilərin 20-30 nəfəri "HƏMAS"-çılar tərəfindən edam edilmişdir.
Fələstin parlamentinin bütün fraksiyalarının üzvləri Qahirədəki danışıqlarda iştirak edəcəkdir. Danışıqlarda başlıca məqsəd qeyri-partiya bünövrəsi əsasında koalisiya hökumətinin formalaşdırılmasıdır.   "FƏTH" və "HƏMAS" arasında danışıqlar 2008-ci ilin noyabrında keçirilməli idi.  Ancaq "HƏMAS"-çıların yığıncaqda iştirak etməmələri tədbirin baş tutmaması ilə nəticələnmişdir. Xatırladırıq ki, "FƏTH" tərəfdarları Qəzza bölgəsində 2007-ci ilin iyununda qovulmuşlar.

Digər xəbərlər