PDF Oxu

Dünya

  • 7

Barak Obama 2013-cü ilədək ABŞ-ın büdcə defisitini yarıbayarı ixtisar etmək istəyir

Barak Obama 2013-cü ilədək ABŞ-ın büdcə defisitini yarıbayarı ixtisar etmək istəyir
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama 2013-cü ilədək ABŞ-ın federal büdcə defisitini yarıbayarı azaltmaq istəyindədir.
İlkin proqnozlara görə, 2010-cu fiksal ilində ABŞ-ın büdcə defisiti 1,3 trilyon dollar həddində olacaqdır. B.Obama 2013-cü ildə, ilk prezidentlik müddəti başa çatdıqdan sonra federal büdcə defisitinin həcmini 533 milyard dollara çatdırmaq istəyir.
B.Obama administrasiyası nümayəndəsinin dediyinə görə, büdcə defisitinin ixtisar edilməsi İraqdakı hərbi əməliyyatlara çəkilən xərclərin azaldılması, imkanlı amerikalıların vergilərinin artırılması və dövlət strukturlarının işinin optimallaşdırılması hesabına yerinə yetiriləcəkdir. Hazırda ABŞ-ın büdcə defisiti 9,2 faiz təşkil edir. Corc Buşun prezidentliyi dövründə ABŞ-ın büdcə defisiti həmişə artan həddə olmuşdur. B.Obamanın planının gerçəkləşəcəyi təqdirdə, 2013-cü ildə bu göstərici 3 faiz enəcəkdir.
B.Obama fevralın 23-də Ağ Evdə keçirdiyi yığıncaqda ölkənin büdcə defisitinin ixtisara salınması haqda bəzi planlarını açıqlamışdır. Bu məsələ fevralın 24-də B.Obamanın Konqresdə çıxışı zamanı bir daha qaldırılacaqdır.

Digər xəbərlər