PDF Oxu

Dünya

  • 10

Alfa-Bankın prezidenti Latviyanın baş nazir postuna iddia irəli sürüb

Alfa-Bankın prezidenti Latviyanın baş nazir postuna iddia irəli sürüb
Latviyanın "Ças" qəzetinin Alfa-Bankın sədrinin müşaviri Aleksandr Qafinə əsaslanaraq, yazdığına görə, bankın prezidenti Pyotr Aven Latviyanın baş naziri olmağa hazırdır.
Müşavirin dediyinə görə, P.Aven baş nazir seçiləcəyi təqdirdə, Latviyanı maliyyə və iqtisadi böhrandan çıxarmağın məsuliyyətini öz üzərinə götürür. A.Qafinin fikrincə, P.Aven idarəetmə sahəsində böyük təcrübəyə malikdir və ondan yaxşı baş nazir çıxar. Müşavirin dediyinə görə, 5 milyard dollar məbləğində vəsaiti olan P.Avenin hər hansı rüşvət alacağı ehtimalı sıfıra yaxındır.
P.Aven 1955-ci il 16 martda doğlmuşdur. Onun babası Latviya atıcısı idi. O, Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir.
Latviyanın baş naziri postu 2009-cu il 20 fevraldan etibarən boş qalmaqdadır. Latviyanın iki koalisiya partiyası İvar Qodmanisin istefasını tələb etdikdən sonra, o, bu postu tərk etmişdir. Latviya prezidenti Valdis Zatlers belə bir bəyanat vermişdir ki, İ.Qodmanis nazirlərin sayını azaldaraq, hökumət tərkibində islahatlar keçirməkdən imtina etdiyinə görə, ona qarşı olan etimadı itirmişdir.

Digər xəbərlər