PDF Oxu

Dünya

  • 9

Albaniya ərazisində ABŞ RMƏ-siniyerləşdirməyə hazırdır

Albaniya ərazisində ABŞ RMƏ-siniyerləşdirməyə hazırdır
RİA "Novosti" informasiya agentliyinin fevralın 23-də yaydığı məlumata görə, Vaşinqtonun bu cür xahişlə müraciət edəcəyi təqdirdə, Albaniya öz ərazisində ABŞ-ın raketdən müdafiə əleyhinə qurğusunu yerləşdirə bilər.
Bu bəyanatla Albaniyanın baş naziri Sali Beriş çıxış etmişdir. "İnternational Herald Tribune" qəzetində müsahibə verən S.Beriş Polşa və Çexiyanın ABŞ RMƏ qurğusunu öz ərazisində yerləşdirməkdən imtina edəcəyi təqdirdə, bu addımı atmağa hazır olduğunu bildirmişdir: "Hələlik, ABŞ-dan bu mövzuda konkret təklif almamışıq. ABŞ-ın bu cür xahişlə bizə müraciət edəcəyi təqdirdə, NATO-nun üzvü və ABŞ-ın strateji müttəfiqi kimi öz razılığımızı verəcəyik".
Albaniya və Xorvatiyanın NATO-nun sıralarına qəbul edilməsi məsələsinə apreldə keçirəcəyi nəzərdə tutulan sammitdə baxılacaqdır. Rusiya hökuməti dəfələrlə qeyd etmişdir ki, ABŞ-ın Polşa və Çexiya ərazisində RMƏ qurğusu yerləşdirilməsi ölkənin milli təhlükəsizliyini təhdid edir.

Digər xəbərlər