PDF Oxu

Dünya

  • 13

BMT-də Təhlükəsizlik Şurasında islahatlar aparmaq üçün danışıqlara başlanılıb

BMT-də Təhlükəsizlik Şurasında islahatlar aparmaq üçün danışıqlara başlanılıb
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 19-da BMT-də Təhlükəsizlik Şurası daxilində islahatlar aparmaq üçün danışıqlar başlanmışdır. Danışıqlarda məqsəd Təhlükəsizlik Şurasının dairəsinin genişləndirilməsi və müasir siyasi gerçəkliyin şərtlərinə uyğun şəkildə formalaşdırılmasıdır.
Danışıqlarda təşkilatın 192 üzvünün hamısı iştirak edəcəkdir. Təhlükəsizlik Şurası daxilində islahatlar aparmaq üçün hazırlanacaq qanun layihəsinə, yəqin ki, bir ilədək vaxt sərf ediləcəkdi. İlk yığıncaqda prosedur məsələlər həll edilmişdi. Geniş müzakirələr isə mart ayında başlanacaqdır.
Xatırladırıq ki, Təhlükəsizlik Şurasının cəmi 15 üzvü var ki, onların 5-i daimi, qalanları isə regional prinsiplər əsasında iki il müddətinə seçilirlər. Daimi üzvlər - ABŞ, Rusiya, Böyük Britaniya və Çindir. Bu beş ölkənin veto qoymaq hüququ vardır. Bu, o deməkdir ki, Təhlükəsizlik Şurasının bu və ya digər məsələlərinin həllində beş daimi üzvün səsi vacib hesab edilir.
Təhlükəsizlik Şurasının növbəti danışıqlarında Almaniya, Yaponiya, Hindistan və Braziliyanın veto hüququ olmadan daimi üzvlüyə keçirilməsi məsələsi müzakirə ediləcəkdir. Daha iki Afrika ölkəsi nümayəndəsinin seçilməsi məsələsi də gündəlikdədir.

Digər xəbərlər