PDF Oxu

Dünya

  • 6

Tacikistan və Özbəkistan NATO yüklərinin ərazilərindən daşınmasına icazə verib

Tacikistan və Özbəkistan NATO yüklərinin ərazilərindən daşınmasına icazə verib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Tacikistan və Özbəkistan NATO-nun hərbi yüklərinin ərazilərindən keçirilərək Əfqanıstana göndərilməsinə razılıq vermişdir. ABŞ-ın nəqliyyat komandanlığının maddi-texniki təminat üzrə idarəsinin rəisi kontr-admiral Mark Xarniçek fevralın 20-də bu mövzuda bəyanat vermişdi. M.Xarniçek öz bəyanatını Tacikistanın xarici işlər naziri Həmrah Zərifi ilə görüşdükdən sonra səsləndirmişdir. ABŞ rəsmisinin dediyinə görə, Tacikistan hökuməti ABŞ-a özünün dəmir yol və avtomobil yollarından istifadə etməyə icazə vermişdir. M.Xarniçek Tacikistanın fevralın 6-da NATO ölkələrində hərbi yüklərini Əfqanıstana daşımaq üçün öz səmasından hərbi dəhliz açmışdır. "Biz gün ərzində Özbəkistan və Tacikistan ərazisindən Əfqanıstana 50-dən 200-dək konteynerlər keçiririk" deyə kontr-admiral bildirmişdir.

Digər xəbərlər