PDF Oxu

Dünya

  • 8

Hillari Klinton KXDR üzrə danışıqları aparacaq şəxsi müəyyənləşdirib

Hillari Klinton KXDR üzrə danışıqları aparacaq şəxsi müəyyənləşdirib
"Assoşieyted Press" informasiya agentliyinin fevralın 20-də yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Şimali Koreya məsələləri üzrə danışıqları aparılacaq Stiven Bosvortu özünün xüsusi elçisi seçmişdir.
H.Klinton Cənubi Koreyanın xarici işlər naziri ilə görüşündə S.Bosvortu "qabiliyyətli və təcrübəli diplomat" kimi xarakterizə etmişdir. Onun fikrincə, bu şəxs ABŞ-ın müvafiq qüvvələrini Şimali Koreyanın nüvə təhlükəsinə qarşı mübarizəyə yönəltmək qabiliyyətindədir. S.Bosvort Rusiya, Çin, Şimali Koreya, Cənubi Koreya və Yaponiyanın iştirak edəcəkləri və KXDR-in nüvə probleminə həsr edilmiş altıtərəfli danışıqlarda ABŞ-ı təmsil edəcəkdir.
S.Bosvort əvvəllər ABŞ-ın Dövlət Departamentində yüksək vəzifə tutmuşdur. 1997-2001-ci illərdə isə ABŞ-ın Cənubi Koreyadakı səfiri vəzifəsində işləmişdir.

Digər xəbərlər