PDF Oxu

Dünya

  • 7

ABŞ 2010-cu il hərbi büdcəsini məxfiləşdirib

ABŞ 2010-cu il hərbi büdcəsini məxfiləşdirib
"Defense Nyus"un əldə etmiş olduğu məlumata görə, Ağ Ev administrasiyası ABŞ hərbi təşkilatlarına belə bir sərəncam vermişdir ki, məmurlar ölkənin 2010-cu il hərbi büdcəsi haqda məlumatları açıqlamasınlar.
Pentaqon belə hesab edir ki, ölkənin müdafiə təşkilatları 2010-cu il hərbi bədcəsini açıqlamayacaqları haqda dillərindən yazılı iltizam verməlidirlər. Amerikanın hakimiyyət orqanlarının nümayəndələri və bir çox ekspertlər Pentaqonda aparılacaq dəyişikliklər haqda öz mülahizələrini irəli sürmüşlər. Ümumi rəyə əsasən, ABŞ-ın maliyyə sistemində aparılacaq ixtisarlar silahlanma proqramında müəyyən çətinliklər yaradacaqdır.
"Defense Nyus"un məlumatına görə, 2010-cu ildə Pentaqonun büdcəsi 537 milyard dollar məbləğində olacaqdır. Bu məbləğ Corc Buş administrasiyasının hərbi sahəyə ayırdığı məbləğdən 50 milyard dollar aşağıdır. Həmin məbləğ 2009-cu ildə hərbi büdcəyə ayrılan vəsaitdən 24 milyard dollar artıqdır.

Digər xəbərlər