PDF Oxu

Dünya

  • 11

“HƏMAS”-ı İsrailin partlamayan bombasını oğurlamaqda ittiham ediblər

“HƏMAS”-ı İsrailin partlamayan bombasını oğurlamaqda ittiham ediblər
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Qəzza bölgəsində yerləşən anbarlardan bir neçə ton partlamamış silah-sursat oğurlanmışdır. İsrail ordusu həmin mərmiləri döyüş əməliyyatları keçirərkən, bölgə ərazisinə atmışdır.
Yoxa çıxmış silah-sursat arasında aviasiya və fosfor bombaları da olmuşdur. İsrail hökuməti onların oğurlanmasında "HƏMAS" qruplaşmasının üzvlərini ittiham etmişdir. Həmin vaxtlar anbarları "HƏMAS" polisi qoruyurdu.
Həmin mərmiləri BMT mütəxəssisləri zərərsizləşdirməli idilər. Məlum olduğu kimi, müharibə başa çatdıqdan sonra BMT mütəxəssisləri Qəzza bölgəsində işləyirlər. Mərmilərin yoxa çıxmasını BMT əməkdaşları da təsdiq etmişlər.

Digər xəbərlər