PDF Oxu

Dünya

  • 7

ABŞ Əfqanıstana əlavə 17 min hərbi qulluqçu göndərəcək

ABŞ Əfqanıstana əlavə 17 min hərbi qulluqçu göndərəcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 17-də ABŞ prezidenti Barak Obama Əfqanıstana dislokasiya olunacaq Amerika hərbi kontingentinin artırılması haqda sərəncam imzalamışdır.
Yaxın 6 ay ərzində Əfqanıstana əlavə ordu briqadaları və dənizçi piyadalar göndəriləcəkdir. B.Obama administrasiyasının nümayəndələri, hələlik, ordunun miqdarı haqda konkret məlumat verməmişlər. Qeyri-rəsmi məlumata görə, Əfqanıstana 17 min hərbi qulluqçu göndəriləcəkdir. Əfqanıstana əvvəl 8 min dənizçi piyadalar, daha sonra isə 9 min hərbi qulluqçu göndərilməsi nəzərdə tutulur.
"BBC Nyus" agentliyinin məlumatına görə, hazırda Əfqanıstanda ABŞ-ın hərbi qulluqçularının ümumi sayı 33 min nəfərdir. Bir müddət əvvəl Əfqanıstandakı ABŞ hərbi komandanlığı bu ölkəyə əlavə 30 min hərbi qulluqçu göndərilməsini tələb edirdi.
B.Obama özünün seçkiönü kampaniyasında dəfələrlə qeyd etmişdir ki, Corc Buş administrasiyası başlıca diqqətini İraqa yönəldərək, Əfqanıstandakı vəziyyətə nəzarət edə bilməmişdir. ABŞ prezidenti postunda oturan B.Obama Əfqanıstanda Amerika hərbi kontingentinin sayını artıracağını bəyan etmişdir.

Digər xəbərlər