PDF Oxu

Dünya

  • 8

Barak Obama antiböhran planını imzalayıb

Barak Obama antiböhran planını imzalayıb
"CNN" telekanalının məlumatına görə, ABŞ prezidenti Barak Obama ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün antiböhran tədbirlər planını imzalamışdır. İmzalanma mərasimi "CNN"-in Denverdən translyasiya edilən birbaşa efirində nümayiş etdirilmişdir.
Bir müddət əvvəl bu plan ABŞ Konqresinin hər iki palatasında bəyənilmişdir. Maliyyə böhranının nəticələrinin aradan qaldırılması üçün plan 787 milyard dollar ayırlmasını nəzərdə tutur. Bu məbləğin dörddə üç hissəsindən çoxu vergilərin zəiflədilməsinə yönəldiləcəkdir. Qalan vəsait sosial proqramların inkişafına sərf ediləcəkdir. Büdcədən ayrılan vəsait ölkənin inkişaf infrastrukturunun yüksəldilməsinə, səhiyyə sisteminin təkmilləşdirilməsinə və enerji mənbələrinin artırılmasına yönəldiləcəkdir.
Plan özlüyündə proteksionist tədbirlərin həyata keçirilməsini də ehtiva edir. Bu iş "Amerika məhsulları alın" ümumi şüarı altında reallaşacaqdır. Beləliklə, bütün layihələrin gerçəkləşdirilməsi məqsədilə ABŞ istehsalı mallarının alınması məsələsi ön plana çəkiləcəkdir. Plan müəllifləri belə hesab edirlər ki, bu yolla maliyyə böhranı dairəsindən çıxmaq mümkün olacaqdır.
ABŞ-ın başlıca ticarət tərəfdaşları olan Kanada və Avropa Birliyi ölkələri bu cür tədbirlərin həyata keçirilməsinin proteksonist cavab tədbirləri ilə qarşılaşacağı haqqında xəbərdarlıq etmişlər.

Digər xəbərlər