PDF Oxu

Dünya

  • 14

Rusiya Atlantik okeanına böyük miqdarda yanacaq tökülmədiyini bildirir

Rusiya Atlantik okeanına böyük miqdarda yanacaq tökülmədiyini bildirir
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın hərbi-dəniz donanması komandanının köməkçisi İqor Dıqalo Rusiyanın günahı ucbatından Atlantik okeanına böyük miqdarda yanacaq axıdıldığını təkzib etmişdir. Okeana yanacaq axıdılması haqqında məlumatı İrlandiyanın kütləvi informasiya vasitələri bildirmişlər. İ.Dıqalo Rusiya gəmilərinin İrlandiya sahillərində, həqiqətən, yanacaq ehtiyatı götürdüklərini təsdiq etmişdir. Ancaq o, bu zaman heç bir qəzanın baş vermədiyini bildirmişdir. "Okeana axıdılan yanacağın həcmi müvafiq göstəricinin həddini aşmadığından qəzanın xarakteri sahilyanı ərazilərdə heç bir ekoloji təhlükə törətmir" deyə İ.Dıqalo bildirmişdir. Onun dediyinə görə, Rusiya mütəxəssisləri çirklənmənin səbəbini araşdırmağa hazırdırlar. Fevralın 16-da İrlandiyanın "RTE Nyus" telekanalının yaydığı məlumata görə, Rusiyanın iki hərbi gəmisi İrlandiyanın cənubi-qərb sahili hissəsində okeana yanacaq axıtmışdır. Telekanalın məlumatına görə, suya 300 ton neft axıdılmışdır.

Digər xəbərlər