PDF Oxu

Dünya

  • 8

Şimali Koreya yeni raket sınağını dayandırmalıdır

Şimali Koreya yeni raket sınağını dayandırmalıdır
"Assoşieyted Press" informasiya agentliyinin fevralın 17-də yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Yaponiyadakı çıxışı zamanı demişdir ki, Şimali Koreyanın yeni raket sınaqları "münsibətlərimizə heç bir fayda gətirməyəcəkdir".
Pxenyanın uzaq radiuslu raket sınaqları keçirməyə hazırlaşması haqda məlumat fevralın 16-da ölkə lideri Kim Çen İrin ad günündə kütləvi informasiya vasitələrində görünmüşdür. Qeyri-rəsmi məlumatlara görə, sınaqlarda "Taepodonq-2" raketindən istifadə ediləcəkdir. Mütəxəssislərin dediklərinə görə, bu raket ABŞ ərazisinə nüvə başlıqları atmaq imkanındadır. "CNN" agentliyi isə Şimali Koreyanın raket sınaqları yox, peyk sınağı keçirəcəyini bildirir.
H.Klinton demişdir ki, ABŞ-la Şimali Koreya arasında nüvə texnologiyasının azaldılması haqda öhdəliklər vardır. Onun dediyinə görə, Pxenyan nüvə proqramını dayandıracağı təqdirdə, iki ölkə arasında münasibətlər normallaşacaq və bundan sonra ABŞ KXDR-ə hər cür yardım edəcəkdir.

Digər xəbərlər