PDF Oxu

Dünya

  • 15

Rusiya siyasi motivləri əsas tutaraq İrana S-300 satmaq istəmir

Rusiya siyasi motivləri əsas tutaraq İrana S-300 satmaq istəmir
"Kommersant" qəzetinin fevralın 17-də yazdığına görə, Rusiya siyasi motivləri əsas gətirərək İrana S-300 zenit-raket qurğusu satmağı gecikdirməyə çalışır. Nəşrin məlumatına görə, tərəflər S-300-ün İrana satılması üçün çoxdan müqavilə imzalamışlar. Hazırda Rusiya İranın havadan müdafiəsini möhkəmləndirmək məqsədilə Tehrana "Buk-M1" kompleksi satmaq məsələsini müzakirə edir. Ancaq Rusiya bu məsələdə də son qərarı qəbul etməyə tələsmir. Qəzet belə hesab edir ki, Rusiya tərəf ABŞ-ın 44-cü prezidenti Barak Obama administrasiyasının inciyəcəyindən ehtiyat edir. Mart ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Hillari Klinton arasında görüş keçiriləcəyi gözlənilir. Bunun ardınca apreldə isə Rusiya prezidenti Dmitri Medvedev B.Obama ilə görüşəcəkdir. Görüşdə tərəflər nüvə silahlarının ixtisar edilməsi və Şərqi Avropada ABŞ-ın RMƏ qurğularının yerləşdirilməsi məsələsinə baxılacaqdır. "Kommersant"ın yazdığına görə, İrana S-300 kompleksinin satılması ABŞ-ın mövqeyinə təsir edə bilər.

Digər xəbərlər