PDF Oxu

Dünya

  • 11

İsrail əhalisinin əksəriyyəti “Kadima” və “Likud”un bir hökumətdə birləşməsini istəyir

İsrail əhalisinin əksəriyyəti “Kadima” və “Likud”un bir hökumətdə birləşməsini istəyir
"Yerusəlim Post" qəzetinin yazdığına görə, parlament seçkilərində iştirak etmiş 65 faiz İsrail seçicisi "Kadima" və "Likud" partiyalarının bir hökumətdə formalaşmasını arzulayır. Seçkilərdən bir gün sonra keçirilmiş rəy sorğusunun nəticələrinə görə, respondentlərin 47 faizi yeni hökuməti "Likud" partiyasının lideri Benyamin Netaniyaqunun formalaşdırmasını istəyir. Rəyi soruşulanların 39 faizi isə yeni hökuməti "Kadima" partiyasının lideri Sipi Livninin formalaşdırmasını arzulayır.
Səsvermənin nəticələri elan edildikdən sonra respondentlərin 10 faizi konkret şəxsə səs verdiyi üçün təəssüf hissi keçirdiyini bildirir. Peşman olanların əksəriyyəti "Avoda" və "Yəhudi evi"nin üzvləridir. Əhalinin 59 faizi yeni hökumətin formalaşdırılmasının çətinliyini gördükdən sonra təklif edir ki, seçicilər həm partiya nümayəndələrinə, həm də yeni baş nazirə səs versinlər.
Fevralın əvvəlində keçirilmiş əvvəlki parlament seçkilərində minimal üstünlüklə "Kadima" partiyasının lideri qalib gəlmişdir. Sipi Livni tərəfdarları Knessetdə 28, "Likud" sədri Netaniyaqu tərəfdarları isə 27 yer qazanmışlar.
Yaxın günlərdə İsrail prezidenti Şimon Peres partiya nümayəndələri ilə məsləhətləşmə aparacaqdır. Knesset üzvlərinin 60 faizindən çoxunun səsini qazanan şəxs ölkənin baş naziri postunu tutacaqdır.

Digər xəbərlər