PDF Oxu

Dünya

  • 10

Obama antiböhran planını fevralın 17-də imzalayacaq

Obama antiböhran planını fevralın 17-də imzalayacaq
"Röyter" informasiya agentliyinin Ağ Ev nümayəndəsindən əldə etmiş olduğu informasiyaya əsasən, ABŞ prezidenti Barak Obama ölkədə hökm sürən maliyyə-iqtisadi böhranın sabitləşməsi ilə əlaqədar fevralın 17-də Denverdə antiböhran planı imzalayacaqdır. Xatırladırıq ki, bu plan bir müddət əvvəl Nümayəndələr Palatası (246 səs lehinə, 183 səs əleyhinə) və Senatda (60 səs lehinə, 38 səs əleyhinə) təsdiq edilmişdir. Planın qüvvədə qalması üçün B.Obamanın ona imza atması kifayətdir. Plana əsasən, maliyyə böhranı ilə üzləşmiş bir çox təşkilat və müəssisələrə 787 milyard dollar ayrılmalıdır. Ancaq bu məbləğin 35 faizi vergilərin yumşaldılmasına sərf ediləcəkdir. Əvvəllər maliyyə böhranının aradan qaldırılması üçün 838 milyard dollar ayrılması nəzərdə tutulmuşdu. Ancaq Konqresdə aparılan müzakirələr zamanı bu məbləğ bir qədər azaldılmışdır. Obama planın Senatda təsdiq edilməsini "bərpa edilməyə doğru vacib addım" adlandırmışdır.

Digər xəbərlər