PDF Oxu

Dünya

  • 10

Pakistanda 10 “Taliban” üzvü öldürülmüşdür

Pakistanda 10 “Taliban” üzvü öldürülmüşdür
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın pilotsuz qırıcı təyyarəsindən endirilən aviasiya zərbələri Pakistanda on "Taliban" döyüşçüsünün öldürülməsi ilə nəticələnmişdir.İki raket zərbəsi Pakistanın Kürram bölgəsinə endirilmişdir. Amerika hərbçilərinin dediklərinə görə, raketlərin hər ikisi taliblərin hazırlıq mərkəzinə düşmüşdür. Aviasiya zərbələrindən sonra hadisə yerini mühasirəyə almış taliblər Pakistan hərbi qulluqçularını oraya buraxmamışlar.
2008-ci ilin avqustundan ABŞ ordusu Pakistan ərazisinə 30-dan çox aviazərbə endirmişdir.
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, Pakistan hökuməti "Taliban" hərəkatı üzvləri ilə müqavilə bağlayaraq Svat vadisində şəriət qanununu bərpa etməyə razılıq vermişdir. Taliblərlə Pişəvərdə keçirilən danışıqlarda ölkə prezidenti Asif Əli Zərdari də iştirak edir.
"Biz yerlərdə məhkəmələrin sayını artıracaq və cinayət işlərinin baxılması müddətini məhdudlaşdıracağıq" deyə Pakistan hökumətinin nümayəndəsi Mian İftixar Hüseyn bildirmişdir. Onun dediyinə görə, Pakistan ordusu regionu tərk etməyəcəkdir.
Hazırda Svat vadisində 12 min Pakistan hərbi qulluqçusu və 3 min nəfərə yaxın "Taliban" hərəkatı döyüşçüsü toplaşmışdı. Taliblər yerli əhaliyə şəriətdən kənar işlər görməyi qadağan ediblər. Söhbət saqqalın qırxılmasından, rəqs etməkdən, televiziyaya baxmaqdan və s. gedir. Qanunu pozanlar taliblər tərəfindən cəzalandırılır. Qanun pozucuları içərisində edama məhkum olunanlar da vardır. Vəziyyətin bu cür dəyişməsi də bir çox ailələrin Svat vadisindən çıxmasına səbəb olur. Fevralın 15-də taliblər on günlük atəşkəs elan etmişlər.
"Vaşinqton Post" qəzetinin yazdığına görə, Mumbayda törədilmiş terror aktlarından sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Hindistan və Pakistanın xüsusi xidmət orqanı əməkdaşlarına gərginliyi aradan qaldırmaq üçün kömək etmişlər.
Neytral vasitəçi rolunu öhdəsinə götürən MKİ tərəflərə məxfi məlumatları araşdırmaq üçün şərait yaratmışdır. Hindistan və Pakistan tərəf MKİ-nin açdığı telekanal vasitəsilə əlaqəyə girib real vəziyyəti aydınlaşdırırlar. Nəticədə Pakistan hökuməti fevralın 12-də etiraf etmişdir ki, Mumbay terror aktlarının böyük hissəsi onun ərazisində hazırlanmışdır. Pakistan hökuməti terror aktlarında suçlu bilinən 8 nəfərdən 6-sını həbs etdiyini bildirmişdir.

Digər xəbərlər