PDF Oxu

Dünya

  • 15

Cənubi Koreya 2012-ci ilə qədər öz xüsusi RMƏ qurğusunu yaradacaq

Cənubi Koreya 2012-ci ilə qədər öz xüsusi RMƏ qurğusunu yaradacaq
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Cənubi Koreyanın hərbi dairələri ölkələrini Şimali Koreyadan gələ biləcək təhlükələrdən qorumaq üçün 2012-ci ilədək xüsusi raketdən müdafiə qurğularını yaratmağı planlaşdırırlar. Bu cür RMƏ qurğusunun dəyəri 215 milyon dollara yaxındır.
Seulda inanırlar ki, yeni RMƏ qurğusunun texniki imkanları Şimali Koreya ərazisindən buraxılan raketləri tutmağa kifayət edəcəkdir. Cənubi Koreya hərbçiləri yerli radiolokasiya sistemləri vasitəsilə ölkə ərazisini 24 saat ərzində qorumağı da planlaşdırırlar.
Seul hərbçiləri 48 ədəd müasir "Patriot" ABŞ zenit raketləri almaq istəyirlər. Həmin raketlər ölkə ərazisini 2010-cu ildə qorumağa başlamalıdır. Agentliyin məlumatına görə, hazırda Pxenyanın arsenalında 1300 kilometrlik məsafədən hədəfi dəf edə biləcək yaxın radiuslu raket kompleksləri vardır.

Digər xəbərlər