PDF Oxu

Dünya

  • 6

“HƏMAS” üç gün ərzində İsraillə atəşkəs imzalayacaq

“HƏMAS” üç gün ərzində İsraillə atəşkəs imzalayacaq
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, "HƏMAS" hərəkatı üzvləri belə bir bəyanat vermişlər ki, yaxın üç gün ərzində İsraillə atəşkəs imzalayacaqlar. "HƏMAS" nümayəndəsi Taleh əl-Nononun dediyinə görə, müqavilənin imzalanması yolunda rast gəlinən başlıca əngəllər aradan qaldırılmışdır. 2008-ci ilin dekabrında ərazisinin bombardman edilməsinə cavab olaraq İsrail ordusu Qəzza bölgəsinə soxulmuşdur. İsrailin bu bölgədə keçirdiyi hərbi əməliyyat 2009-cu il yanvarın 18-də başa çatmışdır. Ancaq tərəflər öz aralarında rəsmi danışıqlar imzalamamışdılar. Fevralın 1-də İsrailin kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, "HƏMAS" bir il müddətinə İsraillə atəşkəs rejimi imzalamağa hazırdır.

Digər xəbərlər