PDF Oxu

Dünya

  • 9

Latviya polisi baş nazirə ultimatum verib

Latviya polisi baş nazirə ultimatum verib
Polis rəisi Adlis Leleüksisin dediyinə görə, il ərzində onun başçılıq etdiyi idarəyə öz funksiyasını yerinə yetirmək üçün 5 milyon lat (9 milyon dollar) və işçilərə əmək haqqı vermək üçün 4 milyon lat lazımdır. "Əks-təqdirdə, polis öz funksiyasını yerinə yetirməkdən imtina edəcəkdir" deyə polis rəisi bildirmişdir. Onun dediyinə görə, ölkədə baş alıb gedən böhran dövründə cinayətkarlığın artacağına şübhə yoxdur. Məlum olduğu kimi, bir müddət əvvəl ölkə rəhbərliyi polisin və bir qrup dövlət xidməti əməkdaşının əmək haqqını azaltmışdır. Büdcə vəsaitinin çatışmazlığı ucbatından dövlət strukturlarının büdcə vəsaitləri də aşağı salınmışdır. Polis Riqada fəaliyyətdə olan yeganə ayıltma məntəqəsini bağlamaq məcburiyyətində qalmışdır.

Digər xəbərlər