PDF Oxu

Dünya

  • 8

ABŞ-ın ardınca “Manas”ı daha 11 ölkə tərk etməli olacaq

ABŞ-ın ardınca “Manas”ı daha 11 ölkə tərk etməli olacaq
 Bu haqda bəyanatı Qırğızıstan hökumətinin səlahiyyətli nümayəndəsi Mirzə Kaparov jurnalistlər önündə keçirdiyi brifinqdə səsləndirmişdir. Onun dediyinə görə, artıq hökumət bu yöndə qərar qəbul etmişdir.
"Manas" aviabazası 2001-ci ilin dekabrında BMT-nin mandatı əsasında formalaşdırılmışdır. Həmin vaxt Qırğızıstan hökuməti ABŞ, Niderland, Kanada, Yeni Zelandiya, Danimarka, İspaniya, Fransa, Avstraliya, Cənubi Koreya, İtaliya, Türkiyə və Norveçin hərbi kontingentlərinin "Manas" aviabazasında yerləşdirilməsi üçün danışıqları imzalamışdır.
Fevralın 3-də Qırğızıstan prezidenti Kurmanbek Bakiyev respublika ərazisində haqqında söhbət gedən aviabazanın fəaliyyətinin dayandırılması haqda bəyanat vermişdir. Ehtimal olunur ki, ABŞ hərbi qulluqçuları 6 ay ərzində bazanı tərk edəcəklər.
"Manas" hərbi bazasının bağlanacağı haqda Qırğızıstan hökumətinin qərarından sonra Rusiya bu ölkəyə 2 milyard dollar həcmində kredit və 150 milyon dollar maliyyə dəstəyi ayıracağını vəd etmişdir.

Digər xəbərlər