PDF Oxu

Dünya

  • 8

Fransanın keçmiş prezidentinin oğluna iş vermək təklif edilir

Fransanın keçmiş prezidentinin oğluna iş vermək təklif edilir
İttihamın məlumatına görə, A.Qaydamak özünün işgüzar həmkarı olan biznesmen Pyer Falkonla birlikdə 1993-1998-ci illərdə BMT-nin sanksiyalarından yan keçərək, Anqolaya silah satışının məxfi sxemini təşkil etmişdir. Prokurorlar əlavə olaraq məhkəmədən tələb edirlər ki, A.Qaydamaka beş milyon avro məbləğində cərimə ödətsinlər.
Jan-Kristof Mitteranı prezidentin Afrika məsələləri üzrə müşaviri işlədiyi vaxtlar Anqolaya silah satışına şərait yaratdığı üçün milyonlarla dollar məbləğində qonorar aldığı üçün ittiham edirlər. Bu üç nəfərdən başqa "anqolageyt" əməliyyatında 42 nəfər ittiham edilir. Onların arasında Fransanın tanınmış siyasi və ictimai xadimləri - keçmiş daxili işlər naziri Şarl Paskua, məşhur yazıçı və publisist Pol Sulitser kimi şəxslərin də adı çəkilir.
Anqola hökuməti üsyançılarla mübarizə aparmaq üçün qaçaqmalçılıq yolu ilə 420 tank, 150 min mərmi, 170 min piyadalar əleyhinə mina, 12 vertolyot və 6 döyüş gəmisi almışdır.

Digər xəbərlər