PDF Oxu

Dünya

  • 6

Əhmədinejad Obama ilə danışıqlara razılıq verib

Əhmədinejad Obama ilə danışıqlara razılıq verib
Məlum olduğu kimi, fevralın 9-da ABŞ prezidenti Barak Obama İranla dialoqa girmək istədiyi haqda bəyanat vermişdir.
"Röyter"in məlumatına görə, ABŞ prezidentinin çıxışından bir neçə saat sonra M.Əhmədinejad öz qarşılıqlı bəyanatını vermişdir. Məlum olduğu kimi, M.Əhmədinejad dəfələrlə bəyanat vermişdir ki, 11 sentyabr 2001-ci il terror aktları ümumiyyətlə baş verməmişdir. Ancaq B.Obama hakimiyyətə gəldikdən sonra İran prezidenti ABŞ-da baş vermiş dəyişikliyi alqışlamışdır.
Seçkilərdə uduzan Con Makkeyn Tehranla danışıqların qeyri-mümkün olduğunu bildirmişdi. O, Obamanın İranla dialoqa hazır olmasını opponentinin gələcəyi görməməsinə və təcrübəsizliyinə yozmuşdur.
Vaşinqton Tehranla münasibətləri 1980-ci ildən kəsmişdir.

Digər xəbərlər