PDF Oxu

Dünya

  • 7

Uqo Çaves Lex Valensanın Venesuelaya girişinə qadağa qoyub

Uqo Çaves Lex Valensanın Venesuelaya girişinə qadağa qoyub
Lex Valensa bu bəyanatını fevralın 15-də keçiriləcəyi nəzərdə tutulan ümumxalq referendumunda vermişdir. Məlum olduğu kimi, referendumda prezidentin hakimiyyətdə olduğu müddəti uzatmaq üçün konstitusiyada müəyyən dəyişikliklər ediləcəkdi. U.Çavesə belə bir sual verdikdə ki, əgər konstitusiyada dəyişiklik edilməsinə etiraz edənlər L.Valensanı ölkəyə dəvət etsələr, buna necə baxardınız? U.Çaves bildirmişdi ki, biz L.Valensanın Venesuelaya gəlməsinə qadağa qoymuşuq.
Artıq Venesuelanın bir sıra müxalifət siyasətçiləri L.Valensanı ölkəyə dəvət etmişlər. Polşa siyasətçisi Venesuela demokratik qüvvələrinin keçirəcəyi konfransda iştirak edəcəkdir. O, eşitdikdə ki, Venesuelada onun təhlükəsizliyinə təminat verilməyəcək, Karakasa getməkdən imtina etmişdir.
2007-ci ilin dekabrında Venesuelada keçirilmiş referendum zamanı prezidentlik səlahiyyətinin uzadılması məsələsinə baxılmışdır. O zaman U.Çavesin tərəfdarları uduzmuşlar. Konstitusiya maddəsinin dəyişdirilməməsinə venesuelalıların 50 faizdən çoxu səs vermişdir.

Digər xəbərlər