İsrailin parlament seçkilərində
"Kadima" liderlik edir
Fevralın 10-da İsrail Knessetinə keçirilən seçkilərdə səs hüququna malik olan İsrail seçicilərinin yarıdan çoxu - 59,7 faizi səs vermişdir. "Exit-poll"un nəticələrinə görə, növbədənkənar parlament seçkilərində "Kadima" partiyası liderlik edir.
İsrailin xarici işlər naziri və mərkəzçi "Kadima"nın lideri Sipi Livninin başlıca rəqibi İsrailin keçmiş baş naziri Binyamin Netaniyaqunun başçılıq etdiyi sağ "Likud" partiyasıdır.
Bir neçə rəy sorğusunun nəticələrinə görə, "Kadima" 120 deputat mandatına malik olan parlamentdən 28-30 yer ala bilər. "Likud"un isə 26-28 yer qazanacağı gözlənilir. Bu və ya digər partiyanın hökuməti formalaşdırmaq hüququ qazanması üçün ən azı 61 mandat qazanması vacibdir.
"Exit-poll" 14-15 yer tutmaq imkanı olan "İsrail-bizim evimizdir" partiyasına üçüncü yeri vermişdir. Məlum olduğu kimi, bu partiyanın lideri Aviqdor Libermandır. Rəy sorğusunun nəticələrinə görə, İsrailin müdafiə naziri Ehud Barakın başçılıq etdiyi sol mərkəzçi "Avoda" partiyası Knessetdə 13 yer qazanacaqdır.
"Frans Press"in məlumatına görə, "HƏMAS" radikal hərəkatı israilliləri A.Libermanın partiyasına səs verməkdə qınamışdır. "HƏMAS" nümayəndələri belə hesab edirlər ki, A.Libermanın partyasına səs verənlər özləri üçün ekstremist hökumət seçmək yolu tutmuşlar. Məlum olduğu kimi, A.Liberman "HƏMAS" və müsəlmaların ünvanına söylənilən kəskin bəyanatları ilə tanınmışdır.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...