PDF Oxu

Dünya

  • 11

Karakasda sinaqoqa hücum edən polislər saxlanılıb

Karakasda sinaqoqa hücum edən polislər saxlanılıb
Venesuela baş prokurorluğu fevralın 9-da həbs edilənlər əleyhinə rəsmi ittiham hökmü çıxarmağa hazırlaşır. Xatırladırıq ki, Venesuela Yəhudi İcmasında 15 min nəfər təmsil olunur. İcma rəhbərliyi Venesuela hökumətinə operativ əməliyyat tədbirlərinə görə, öz təşəkkürünü bildirmişdir.
Sinaqoqa hücum yanvarın 30-da baş vermişdir. Həmin gün 2 keşikçinin xidmət etdiyi sinaqoqa 15 nəfərədək adam hücum etmişdir. Onlar içəridə dağıntı törətmiş və sinaqoqun divarlarına antisemit məzmunlu şüarlar yazmışlar.
İcma rəhbərliyi belə hesab edir ki, sinaqoqa hücum ölkə prezidenti Uqo Çavesin İsrail hökuməti əleyhinə tənqidi çıxışından sonra təşkil edilə bilərdi. Venesuela prezidenti isə belə hesab edir ki, sinaqoqa hücumu icma nümayəndələri təşkil edib, dövlət əleyhinə çıxa bilərdilər.

Digər xəbərlər