PDF Oxu

Dünya

  • 11

Radikal Bask partiyasını seçkilərdən kənarlaşdırıblar

Radikal Bask partiyasını seçkilərdən kənarlaşdırıblar
Hər iki partiya ETA terrorçu təşkilatı və "Batasuna" siyasi partiyasının sağ qanadı ilə əlaqədə şübhəli bilinmişdir. İspaniyada hər iki təşkilatın fəaliyyəti 2003-cü ildən  qadağan edilmişdir. Yanvar ayında İspaniya polisi bu təşkilatın bir qrup nümayəndəsini həbs etmişdir.
Hakim Baltasar Qarson fevralın 10-da haqqında söhbət gedən siyasi təşkilatların fəaliyyətinin qadağan edilməsi imkanını nəzərdən keçirəcəkdir. İspaniyada regional seçkilər martın 1-də keçiriləcəkdir.
ETA radikal qruplaşması 1959-cu ildən etibarən, Basklar ölkəsinin müstəqilliyi uğrunda mübarizə aparır. O vaxtdan etibarən, təşkilatın 825 nəfərdən ibarət üzvü həlak olmuşdur. 2008-ci ilin yazında Avropa Birliyi bu təşkilatı terrorçu qruplaşmaların siyahısına daxil etmişdir.

Digər xəbərlər