PDF Oxu

Dünya

  • 11

Yəmən hökuməti “Əl-Kaidə” ilə əlaqədə suçlu bilinən 175 nəfəri azadlığa buraxıb

Yəmən hökuməti “Əl-Kaidə” ilə əlaqədə suçlu bilinən 175 nəfəri azadlığa buraxıb
Həbs edilmiş şəxslər terrorçuluq təşkilatlarında fəaliyyət göstərməyəcəkləri haqda yazılı iltizam verdikdən sonra buraxılmışlar. Yəmən hüquq-müzafizə orqanlarında bu cür davranış standart forma kimi qəbul edilmişdir. Azadlığa buraxılan şəxslərin gələcəkdə bu və ya digər terrorçu qruplaşmalara qoşulmayacaqlarına yerlərdə böyük nüfuza malik olan icma başçıları nəzarət edəcəklər.
Yəmən hökumətinin bu cür hərəkəti ötən dəfə ABŞ-ın rəsmi dairələrinin xoşuna gəlməmişdi. Bu səbəbdən də ABŞ rəsmiləri Quantanamo həbsxanasında saxlanılan yəmənliləri azadlığa buraxmağa tələsmirlər. Deyilənə görə, bu həbsxanada Yəmən vətəndaşlarının sayı həbs olunanların 50 faizini təşkil edir.
Məlum olduğu kimi, ABŞ prezidenti Barak Obama yanvarın əvvəllərində Quantanamo həbsxanasının bağlanacağı haqda bəyanat vermişdi. Yəmən hökuməti də vətəndaşlarının ilin axırınadək qayıdacaqlarına inanır.

Digər xəbərlər