PDF Oxu

Dünya

  • 9

Kissincer Medvedevi Obamanın planına inandırmağa cəhd edib

Kissincer Medvedevi Obamanın planına inandırmağa cəhd edib
"Dailu Teleqraf" qəzetinin yazdığına görə, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer 2008-ci ilin dekabrında Barak Obamanın göstərişi ilə Moskvada Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə nüvə silahının ləğv edilməsi ilə əlaqədar məxfi danışıqlar aparmışdır.
Qəzet yazır ki, Kissincer Rusiya liderlərini inandırmağa çalışmışdır ki, B.Obamanın tapşırığı ilə nüvə başlıqlarının sayı hər iki ölkə tərəfindən 1000 ədəd azaldılsın. "Dailu Teleqraf"ın yazdığına görə, Kissincer Putinlə onun şəhər kənarındakı iqamətgahında iki gün danışıq aparmışdır.
Rusiya tərəfin bu planı qəbul edəcəyi təqdirdə, ABŞ vəd edirdi ki, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmalarını təxirə salsın və Şərqi Avropada ABŞ RMƏ qurğularını yerləşdirmək planından əl çəksin.
ABŞ və Rusiya arasında strateji hücum silahlarının məhdudlaşdırılması haqda müqavilənin müddəti 2009-cu ilin 5 dekabrında başa çatır. Müqavilənin şərtlərinə əsasən, hər iki ölkə öz nüvə sialhı vahidlərini azaldıb 5-6 minə endirmişlər. Fevralın 4-də "Tayms" qəzetinin yazdığına görə, Obama Rusiya ilə yeni danışıq apararaq, nüvə arsenalının həcmini 80 faiz azaltmaq istəyir.

Digər xəbərlər